Insani menen saflawdiren,gunahlardan azad eden en gozel yoldur din.Добавлено (12.05.2008, 11.39)
---------------------------------------------
1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:
Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;
Üzüm sıxıb şərab çəkəni;
Şərab satanı;
Şərab içəni;
Şərab alanı;
Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;
Şərabın hazırlanmasında və onun istifadəsində əli olanların hamısını lə`nətləmişdir
Добавлено (12.05.2008, 11.41)
---------------------------------------------
Allah-təala buyurur:
“Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!”(Nur surəsi 31)
Добавлено (12.05.2008, 11.45)
---------------------------------------------
87–Allah-taala Davud əleyhissalama buyurur: Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim mərhəmətimdən mə`yus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, ücbə (özündən razı olmağa) səbəb olur ki, ücb və özündən razı olmaq da ən ağır günahdır.
Добавлено (12.05.2008, 11.46)
---------------------------------------------
Quote
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür
Добавлено (12.05.2008, 11.46)
---------------------------------------------
137–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim.
Добавлено (12.05.2008, 11.47)
---------------------------------------------
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona müvafiq cəza görəcəksən).
Добавлено (12.05.2008, 11.47)
---------------------------------------------
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır.